“Arsenal” çox maaş tələb edən futbolçusu ilə vidalaşa bilər

22:22 2 İyun 2023

“Arsenal”ın müdafiəçisi Vilyam Saliba yayda klubu tərk edə bilər.

 

Sportarena.az “The Sun”-a istinadən xəbər verir ki, “topçular” futbolçu həddindən artıq çox maaş tələb etdiyi üçün onunla yeni müqavilə imzalamaqla bağlı razılığa gələ bilmir.

 

“Arsenal”ın çalışdırıcısı Mikel Arteta Salibanı komanda üçün vacib oyunçu hesab edir və onu heyətdə saxlamaq istəyir. Tərəflər razılıq əldə edə bilməsə, paytaxt klubu fransalı üçün göndərilən təklifləri dəyərləndirəcək.

 

Saliba 2022/23 mövsümündə London təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti