"Milan" Rafael Leau ilə müqaviləni yeniləyib

21:45 2 İyun 2023

İtaliya "Milan"ı futbolçusu Rafael Leau ilə müqaviləni yeniləyib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 24 yaşlı hücumçunun sözləşməsinin müddəti 2028-ci il iyunun 30-dək uzadılıb.

 

Portuqaliya millisinin üzvü 2019-cu ildən Milan şəhərinin eyniadlı təmsilçisinin şərəfini qoruyur. Forvard bu müddət ərzində 162 oyunda meydana çıxıb, 41 qol və 29 məhsuldar ötürmə ilə yadda qalıb.

 

Rafael Leau 2021/2022 mövsümündə İtaliya A Seriyasının ən yaxşı oyunçusu seçilib.


Digər xəbərlər

Xəbər xətti