Debütantdan iki transfer

23:31 2 İyun 2023

Tarixində ilk dəfə Çempionlar Liqasına vəsiqə qazanan “Union” heyətini gücləndirir. Berlin klubu artıq iki rəqsmi transferi elan edib.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Portu”dan icarəyə götürdüyü Dioqo Leyteni heyətdə saxlayıb. Paytaxt klubu icarə müqaviləsində göstərilən birdəfəlik satınalma bəndini aktivləşdirib. Klub rəhbərliyi Portuqaliya təmsilçisinə 75 milyon avro ödəyərək oyunçuya birdəfəlik sahib olub. 24 yaşlı mərkəz müdafiəçisi ilə anlaşmanın müddəti açıqlanmır.

 

“Union”un digər transferi Aleks Kraldır. Amma bu futbolçu icarə əsasında heyətə qatılıb. Moskva ÇSKA-sının 25 yaşlı dayaq yarımmüdafiəçisi növbəti mövsümü Berlində keçirəcək. Rusların ötən mövsüm “Şalke”yə icarəyə verdiyi çexiyalı beləcə daha bir mövsümü Almaniyada oynayacaq.


Digər xəbərlər

Xəbər xətti