“Mançester Yunayted”in müdafiəçisi Rafael Varan İngiltərə Federasiya kubokunun “Mançester Siti” ilə final matçından öncə danışıb.
Sportarena.az “The Telegraph”-a istinadən xəbər verir ki, o, “şəhərlilər”in norveçli hücumçusu Erlinq Halandla rəqabəti “böyük çətinlik” adlandırıb:
“Böyük çətinliklərlə üzləşməyi xoşlayıram. Xüsusilə, bu, qeyri-mümkün bir şey kimi görünürsə. İş çətin olanda özümü daha motivasiyalı hiss edirəm. “Mançester Siti” oyun zamanı ən çox qol epizodu yaradan komandadır”.
Xatırladaq ki, Federasiya kubokunun həlledici qarşılaşması iyunun 3-də keçiriləcək.