Millimizin futbolçusu Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Türkiyə Superliqasında 2022/2023 mövsümünün son ev oyununa çıxacaq.
Sportarena.az xəbər verir ki, komanda "Fatih Karagümrük"u qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
"Konyaspor" hazırda 49 xalla 7-ci, "Fatih Karagümrük" 47 xalla 9-cudur.
Qeyd edək ki, Konya təmsilçisi Superliqada bu mövsümün son görüşünü iyunun 7-i səfərdə "Beşiktaş"a qarşı keçirəcək.