UEFA Mourinyoya intizam işi açdı

15:29 3 İyun 2023

UEFA “Roma”nın baş məşqçisi Joze Mourinyo ilə bağlı intizam işi çatıb. Buna onun Avropa Liqasının finalında “Sevilya” ilə matçdan (1:1, penaltilər seriyası – 1:4) sonra hakimi təhqir etməsi səbəb olub.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Budapeştdəki stadionun dayanacağında görüşün baş hakimi Entoni Teylorla görüşüb və onu təhqir edib. Mourinyonun hakimə matçı biabırçı formada idarə etdiyini deyib.

 

Qeyd edək ki, sözügedən görüşdə Teylor “Roma”nın futbolçularına 7 sarı vərəqə göstərib. Həmçinin ingiltərəli hakim 75-ci dəqiqədə romalıların qapısına penalti təyin etmək istəsə də, videotəkrardan sonra fikrini dəyişib.


Digər xəbərlər

Xəbər xətti