"Havr" növbəti mövsüm Fransa Liqa 1-də oynamaq hüququ qazanıb.
Sportarena.az xəbər verir ki, komanda Fransa Liqa-2-də çempion olaraq buna nail olub. “Havr" 35 oyundan 78 xal toplayıb. Komanda son turda "Dijon"a 1:0 hesabı ilə qalib gəlməklə çempionluğu təmin edib. Liqa-1-ə ikinci vəsiqəni 2-ci yeri tutan komanda qazanacaq. Bu vəsiqə uğrunda “Mets” və “Bordo” mübarizə aparır.
Qeyd edək ki, "Havr" sonuncu dəfə 2008/09 mövsümündə Liqa 1-də çıxış edib.