"Qalatasaray" və "Benfika" dünya çempionunu heyətinə qatmaq istəyir

16:22 3 İyun 2023

Argentina millisinin futbolçusu Anxel Di Mariya karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira bildirib.

 

Onun sözlərinə görə, "Qalatasaray" İtaliyanın "Yuventus" klubu ilə müqaviləsi yayda başa çatacaq 35 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Bundan əlavə, Portuqaliya çempionu "Benfika" da Di Mariyanı heyətində görmək istəyir.

 

Qeyd edək ki, təcrübəli oyunçu cari mövsüm Turin təmsilçisində 39 oyuna çıxıb, 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2022-ci ildə Argentina yığması ilə Qətərdə keçirilmiş dünya çempionatının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti