Kriştiano Ronaldo: "Ramazan başlayanda bəzən saat 22:00-da məşq edirdik"

17:28 3 İyun 2023

"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Ramazan ayında saat 22:00-da məşq etməyin ona qəribə gəldiyini açıqlayıb.

 

Sportarena.az "Record"a istinadən xəbər verir ki, o, "Səudiyyə Ərəbistanında qarşılaşdığınız ən böyük problem nədir" sualını cavablandırarkən deyib:

"Avropa futbolunda da həmişə müəyyən çətinliklər olur. Fakt budur ki, Avropada biz daha çox səhərlər məşq edirik, burada isə Ramazanda günorta və hətta gecələr hazırlıqlar olur.

Ramazan başlayanda bəzən saat 22:00-da məşq edirdik. Bu, mənə çox qəribə gəlir. Ancaq bu təcrübə, xatirələr və tamamilə yeni bir vəziyyətdir. Mən bu şəkildə yaşamağı sevirəm, çünki biz yeni mədəniyyətlərdən öyrənirik.

Bəli, çətindir, amma indiyə qədər yaşamadığım heç nə yoxdur".

 

Qeyd edək ki, Ronaldo 2022-ci ilin 30 dekabrından “Əl-Nəsr”də çıxış edir. Onun komandası  cari mövsüm Səudiyyə Ərəbistanı çempionatında 2-ci olub. Ronaldo çempionatda 16 matçda 14 qol vurub, 2 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti