Bundesliqa klubunda üç ayrılıq, bir yeni futbolçu

18:54 3 İyun 2023

Almaniyanın “Borussiya” (Mönhenqladbax) komandasında üç futbolçu ilə yollar ayrılıb.

 

Sportarena.az xəbər verir ki, Bundesliqa təmsilçisi müdafiəçi Rami Bensebaini, yarımmüdafiəçi Lars Ştindl və hücumçu Markus Turamla vidalaşdığını açıqlayıb.

 

Müqavilələrinin müddəti bu ayın sonunda bitəcək futbolçularla yeni sözləşmə imzalanmayıb. Bensebaini ilə Turam azad agentə çevriliblər. Ştindl isə yetirməsi olduğu “Karlsrue” ilə anlaşıb və tezliklə keçmiş klubu ilə rəsmi müqaviləyə imza atacaq.

 

“Borussiya” ilk transferini də həyata keçirib. Mönhenqladbaxlılar “Bayern”dən ayrılan Qrant-Leon Ranosla müqavilə bağlayıblar. 19 yaşlı futbolçu azad agent kimi keçdiyi yeni klubu ilə 2027-ci ilin 30 iyununa kimi anlaşıb. Münhen klubunun aşağı yaş qrupları üzrə komandalarında oynamış forvard əsas komandada debüt şansı qazanmayıb. O, bu il Ermənistan milli komandasında debüt edib və 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti