“Leyptsiq” Almaniya kubokunun qalibi oldu- VİDEO

09:34 4 İyun 2023

Almaniya kubokunun finalında “Leyptsiq” “Ayntraxt”ı 2:0 hesabı ilə məğlub edib.

 

Sportarena.az xəbər verir ki, görüş Berlindəki Olimpiya Stadionunda baş tutub.

 

Qalib komandanın heyətində Kristofer Nkunku (71-ci dəqiqə) və Dominik Soboslay (85) fərqlənib.

 

2009-cu ildə əsası qoyulan “Leyptsiq” tarixində dördüncü dəfə turnirin finalına yüksəlib. 2019-cu ildə komanda həlledici görüşdə “Bavariya”ya (2:4), 2021-ci ildə “Borussiya Dortmund”a (1:4) məğlub olub. 2022-ci ildə “Leypsiq” ilk dəfə kuboku qazanaraq “Frayburq”u penaltilər seriyasında (1:1 və əlavə vaxt) 4:2 hesabı ilə məğlub edib.

 

Almaniya Kuboku

Final

“Leyptsiq” 2:0 “Ayntraxt”

Qol: Nkunku 71, Dominik Soboslay 85

 


Digər xəbərlər

Xəbər xətti