PSJ-nin hücumçuları Lionel Messi, Neymar, eləcə də klubun baş məşqçisi Kristof Qaltye mövsümün sonunda komandanın mükafatlandırma mərasiminin bitməsini gözləməyib.
Sportarena.az xəbər verir ki, daha öncə Messi və Qaltye mükafatlandırma mərasimi zamanı fitə basılmışdılar.
Bundan sonra onlar fəxri dövrə üçün komanda ilə bərabər getməyib, meydanı tərk ediblər. Messi və Qaltye ilə birlikdə vaxtından əvvəl Neymar tribunanın altındakı otağa gedib.
Xatırladaq ki, PSJ cari mövsümün sonunda Lionel Messi ilə yollarını ayıracağını rəsmən açıqlayıb.