"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə kubokunda "Mançester Yunayted"lə oyundan (2:1) sonra yarımmüdafiəçi İlkay Gündoğan haqda danışıb.
Sportarena.az xəbər verir ki, sözügedən görüşdə türkəsilli almaniyalı yarımmüdafiəçi dubla imza ataraq komandasına qələbə qazandırıb.
Mütəxəssis oyunçu ilə bağlı "BBC Sport"a açıqlamasında deyib:
“İlkay əla mövsüm keçirir! Və bu, təkcə qabiliyyətlərə deyil, həm də mentalitetə aiddir. İlkay ən vacib matçlarda sanki yoldaşlıq oyunu kimi oynayır. O, təzyiq altında olduqca yaxşıdır".
“Mançester Siti” tarixində yeddinci dəfə İngiltərə kubokunu qazanıb (1903/04, 1933/34, 1955/56, 1968/69, 2010/11, 2018/19, 2022/23).
Qeyd edək ki, İ.Gündoğanın İngiltərə klubu ilə müqaviləsi iyunun 30-u başa çatır. Onunla "Barselona", "Milan", "Arsenal"ın maraqlandığı iddia olunur.