“Liverpul” “Brayton”un futbolçusu Aleksis Makallisterin transferini yekunlaşdırmaq üzrədir.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi atası və agenti ilə müqavilənin son detallarını dəqiqləşdirmək üçün İngiltərəyə yollanıb. “Qırmızılar”ın gələn həftə sözləşmə ilə bağlı məsələləri sona çatdırması gözlənilir.
Argentinalı futbolçu 2022/23 mövsümündə “qağayılar”ın heyətində 40 oyuna çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib.