Qvardiola: “Artıq trebl haqda düşünmək olar”

14:21 4 İyun 2023

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Federasiya kubokunun “Mançester Yunayted”lə final qarşılaşmasını (2:1) dəyərləndirib.

 

Sportarena.az “BBC Sport”-a istinadən xəbər verir ki, o, çox yaxşı çıxış etdiklərini bildirib:

“Artıq trebl haqda düşünmək olar. Təbii ki, bunun üçün Çempionlar Liqasını qazanmalıyıq.

Oyuna gəldikdə isə, çox yaxşı çıxış etdik. Futbolçularım iki gün istirahət edəcəklər. Daha sonra Türkiyəyə – İstanbula yollanacağıq.

Mən hələ də “Barselona”nın azarkeşiyəm, amma ömrümün sonuna qədər “Mançester Siti”ni sevəcəyəm. Qonşularımızı məğlub etməklə azarkeşlərə nə qədər çox sevinc bəxş etdiyimizi bilirəm”.

“Şəhərlilər” tarixində 7-ci dəfə İngiltərə kubokunun qalibi olub. Rekord isə “Arsenal”a məxsusdur – 14. “Mançester Siti” bu mövsüm İngiltərə Premyer Liqasında da qalib olmuşdu.

 

Xatırladaq ki, Qvardiolanın yetirmələri iyunun 10-da Çempionlar Liqasının finalında “İnter”lə çempionluq uğrunda mübarizə aparacaq.


Xəbər xətti