“Qarabağ”ın legionerlərinə milli dəvət

14:53 4 İyun 2023

“Qarabağ”ın futbolçuları Marko Veşoviç və Marko Yankoviç Monteneqro millisinə çağırılıb.

 

Sportarena.az xəbər verir ki, onlar AÇ-2024-ün seçmə mərhələsində iyunun 17-də Macarıstanla, iyunun 20-də isə Çexiya ilə yoldaşlıq oyununa dəvət alıblar.

 

Komandanın qapıçısı Luka Quqeşaşvili AÇ-2024-ün seçmə mərhələsində iyunun 17-də Kipr, 20-də isə Şotlandiya ilə qarşılaşmalar üçün Gürcüstan millisinə dəvət edilib.

 

Leandro Andrade də iyunun 12-də Mərakeş, 18-də isə Burkina Faso ilə oyunlar üçün Kabo Verde millisinə çağırılıb.


Digər xəbərlər

Xəbər xətti