“Vulverhempton” iki futbolçusu ilə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, hücumçu Dieqo Kosta və yarımmüdafiəçi Joao Moutinyo ilə klub arasındakı müqavilənin müddəti başa çatdığı üçün tərəflər ayrılmağa qərar veriblər.
36 yaşlı Moutinyo 2018-ci ildən oynadığı “Vulverhempton”da 212 oyuna 5 qol vurub, 25 məhsuldar ötürmə edib.
34 yaşlı Dieqo Kosta isə “Vulverhempton”a 2022-ci ildə azad agent kimi qoşulmuşdu. O, bu komandanın heyətində meydana çıxdığı 25 oyunda cəmi 1 qol vurub.
Digər hücumçu Adama Traorenin də “Vulverhempton”la müqaviləsinin müddəti başa çatıb. Amma onun komandada qalıb-qalmayacağı hələlik sual altındadır. Klubun idman direktoru Mett Hobbs bu haqda açıqlama verərək, onunla yeni sözləşmənin imzalana biləcəyini diqqətə çatdırıb. 27 yaşlı ispan bu komandada bütövlükdə 194 oyuna çıxıb, 14 qol və 20 assistlə yadda qalıb.