“Çelsi”dən ayrılmaq fikri yoxdur

18:47 4 İyun 2023

“Çelsi”nin müdafiəçisi Trevo Çaloba İngiltərə klubundan ayrılmaq fikrində deyil.

 

Sportarena.az “The Athletic”-ə istinadən xəbər verir ki, o, 2023/24 mövsümündən etibarən “zadəganlar”ı çalışdıracaq Maurisio Poçettinonun kollektivində mübarizə aparmaq istəyir.

 

Öncədən 23 yaşlı futbolçu ilə İtaliyanın “Milan” və “İnter” klublarının maraqlandığı bildirilirdi.

 

Çalobanın London təmsilçisi ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. O, 2022/23 mövsümündə “zadəganlar”ın heyətində 34 oyuna çıxıb və beş dəfə sarı vərəqə ilə cəzalanıb.


Xəbər xətti