Fransanın "Monako" klubu baş məşqçi Filipp Klemanla yolları ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Komandanın gözlənilən nəticəni verməməsi Klemanın qovulmasına səbəb olub.
"Monako"nun bu mövsüm Liqa-1-də 6-cı yeri tutaraq avrokuboklardan kənarda qalıb.
Qeyd edək ki,ötən ilin yanvarında "Monako"ya baş məşqçi təyin edilən belçikalı mütəxəssisin müaviləsi 2024-cü ilin iyun ayına qədər idi.