Avropa Liqasında mövsümün ən yaxşı futbolçusu

21:22 4 İyun 2023

Avropa Liqasında 2022/2023 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportarena.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, "Sevilya"nın kapitanı Xesus Navas bu ada layiq görülüb.

 

Xatırladaq ki, "Sevilya" finalda "Roma"ya penaltilərlə qalib gələrək 7-ci dəfə Avropa Liqasının qalibi olmaqla möhtəşəm mövsümü başa vurub. Komanda finala qədər "Yuventus" və "Mançester Yunayted"i də məğlub edib. 37 yaşlı Navas Avropa Liqasında bu mövsüm 9 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib.

 

Navas "Sevilya" ilə karyerasında dördüncü dəfə (2006, 2007, 2020, 2023) Avropa Liqasının qalibi olub.


Xəbər xətti