Azərbaycan taekvondoçuları Bakıda təşkil olunan dünya çempionatını medalsız başa vurub.
Sportarena.az xəbər verir ki, bu gün - mundialın son günündə iki təmsilçimiz dayanq üzərinə çıxıb.
Həmidrza Bədriəliabadi 1/16 finalda Nouhum Diavaranı (Mali) 2:1 hesabı ilə məğlub edib. Taekvondoçumuz ikinci qarşılaşmasında fransalı Omar El Yazidini məğlub etsə də, 1/4 finalda türkiyəli rəqibi Əmrə Kutalmış Atəşli ilə bacarmayıb.
Səmərrux Osmanova 1/16 finalda Mariella Bou Habib (Livan) ilə üz-üzə gəlib. 1:2 hesabı ilə uduzan təmsilçimiz yarışla vidalaşıb.
Beləliklə, 145 ölkədən 949 taekvondoçunun qatıldığı dünya çempionatında 13 nəfərlik heyətlə iştirak edən millimiz yarışı medalsız başa vurub.