“Milan” yeni transferini rəsmiləşdirmək üzrədir. “Rossonyerlər” “Ayntraxt”dan azad agent kimi ayrılan Daiti Kamadanı heyətinə qatır.
Sportarena.az xəbər verir ki, İtaliya klubu bu həftə yapon futbolçunu tibbi baxışdan keçirəcək. Yarımmüdafiəçinin sağlamlığında problem ortaya çıxmasa, onunla müqavilə rəsmiləşəcək. Amma Kamadanın “Milan” formasında təqdimatı iyunun sonunda reallaşacaq. Buna səbəb futbolçunun milli komandanın düşərgəsində olacağıdır.
Xatırladaq ki, 26 yaşlı futbolçu 2017-ci ildən Frankfurt klubuna məxsus idi. Ö, bu yay başa çatan müqaviləsini müddətini uzatmaqdan imtina etdi.