“Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiç “Mançester Siti”yə keçməyə yaxındır.
Sportarena.az “90min”-ə istinadən xəbər verir ki, London klubu xorvatiyalı üçün 40 milyon avro tələb edir.
Kovaçiç 2022/23 mövsümündə “zadəganlar”ın heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, iki qol vurub və eyni sayda məhsuldar ötürmə edib.