Keçmiş hücumçu Tyerri Anri Fransa çempionatının sonuncu turunun PSJ – Klermon (2:3) matçı zamanı azarkeşlər tərəfindən fitə basılan Lionel Messi haqda danışıb.
Sportarena.az “PrimeSport”-a istinadən xəbər verir ki, o, argentinalı futbolçunun Paris klubunda 2022/23 mövsümü üzrə qeydə alınan statistik göstəricilərini diqqətə çatdırıb:
“Məncə, Messi tarixdə Fransa çempionatında bir mövsüm ərzində 16 qol vuran və eyni sayda məhsuldar ötürmə edən, buna baxmayaraq, fitə basılan ilk oyunçudur”.
“Klermon”la matçdan sonra baş tutan mükafatlandırma mərasimində Paris klubunun baş məşqçisi Kristof Qalte və hücumçu Lionel Messi azarkeşlər tərəfindən fitə basılıb.
Argentinalı forvard 2021-ci ildən Liqa 1 klubunda çıxış edir. Bu müddət ərzində o, Paris klubunun heyətində 75 oyuna çıxıb, 32 qol vurub və 35 məhsuldar ötürmə edib.
Səudiyyə Ərəbistanı klubu “Əl-Hilal” Messini transfer etməkdə israrlıdır. Eyni zamanda, onun La Liqa klubu “Barselona”ya qayıtmaq variantı da istisna edilmir.