Ukrayna Premyer Liqasında mövsümün sonuncu – 30-cu turunun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Rux”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Mustafayev də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.
“Aleksandriya” mövsümü 44 xalla 16 iştirakçı arasında 6-cı pillədə başa vurub. Mustafayev isə mövsüm ərzində 19 oyuna çıxıb, 2 qol və 4 assistlə yadda qalıb.