"Zirə" və "Sabah"ın futbolçuları Avropa çempionatında oynaya bilərlər

19:22 5 İyun 2023

21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin Avropa çempionatı öncəsi təlim-məşq toplanışı və İrlandiya ilə yoldaşlıq matçı üçün heyəti açıqlanıb.

 

Sportarena.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Ruslan Rotan 25 oyunçuya dəvət göndərib.

 

Yığmaya çağırılan futbolçular arasında ötən mövsümü icarə əsasında "Sabah"da keçirmiş Aleksey Kaşuk da yer alıb.

 

Qış fasiləsində Ukrayna "Minay"ından "Zirə"yə keçən Eldar Quliyev isə B siyahısına salınıb.

 

Qeyd edək ki, Avropa çempionatına iyunun 21-dən iyulun 8-dək Gürcüstan və Rumıniyada təşkil olunacaq. Ukrayna millisi Rumıniya, İspaniya və Xorvatiya ilə birlikdə B qrupunda mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti