"Monako"nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportarena.az "FootMercato"ya istinadən xəbər verir ki, knyazlıq klubu Cessi Alan Marşla anlaşıb.
Filip Klemanla yollarını ayırmış Fransa Liqa 1 təmsilçisi 49 yaşlı amerikalı ilə iki illik müqavilə imzalanacaq.
ABŞ millisinin veteran futbolçusu “Monreal İmpakt”, “Nyu-York Red Bullz”, “Leyptsiq”, “Zalsburq” və “Lids”də işləyib.