Argentinalı hücumçu Lionel Messinin atası Xorxe Messi “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb və oğlunun Kataloniya klubuna qayıtmasının təfərrüatlarını müzakirə edib.
Sportarena.az “Relevo”-ya istinadən xəbər verir ki, İspaniya La Liqasının rəhbərliyi “Barselona”nın maliyyə planını təsdiqləyib və bu, katalonlara Messinin tezliklə keçidini təmin etməyə kömək edəcək.
Messisinin atası oğlunun Kataloniya klubuna qayıtmaq istədiyini bildirib:
“Leo “Barsa”ya qayıtmaq istəyir və mən də bunu istəyirəm. Belə bir ssenari mümkündür”.
Messinin formasını geyindiyi PSJ 2022/23 mövsümünün sonunda onun klubdan ayrılacağını açıqlamışdı. 35 yaşlı argentinalı iyunun 30-da azad agent olacaq.
Futbolçunun xidmətində “Barselona”dan başqa, “Əl-Hilal” və “İnter Mayami” klubları da maraqlıdır.
Messi 2005-2021-ci illərdə “Barselona”da çıxış edib.