Braziliyalı yarımmüdafiəçi Fred “Mançester Yunayted”i tərk edə bilər.
Sportarena.az “Goal”-a istinadən xəbər verir ki, o, ailəsi ilə danışacağını və “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haqın fikrini öyrənəcəyini söyləyib:
“Klubla müqaviləmin bitməsinə bir il qalıb. Ailəmlə danışmalıyam. Tətil etmək vaxtıdır. İstirahət etmək üçün yaxşı fürsətdir. Ten Haqın fikrini öyrənəcəm.
Qarşıdakı mövsümün necə olacağını müzakirə etmək lazımdır. Komanda üçün vacib futbolçu olmaq istəyirəm. Hər zaman “Mançester Yunayted”də çox xoşbəxt olmuşam. Burada qalmaq istəyirəm”.
Öncədən 30 yaşlı futbolçu ilə “Fulhem”in maraqlandığı bildirilirdi.
Fred 2022/23 mövsümündə “Mançester Yunayted”in heyətində bütün turnirlər daxil olmaqla 56 oyuna çıxıb, altı qol vurub və eyni sayda məhsuldar ötürmə edib. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.