Almaniyada elitada qalmaq üçün keçirilən pley-off oyunlarının qalibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, mövsümünün əsas hissəsini 18 iştirakçı arasında 16-cı pillədə başa vuran “Ştutqart” ikinci bundesliqada 3-cü yeri tutan “Hamburq”la pley-off oyunları keçirmək məcburiyyətində qalıb.
İyunun 1-də Ştutqartda baş tutan ilk oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanmışdılar. Bu gün səfərdə də 3:1 hesablı qələbəyə sevinən “Ştutqart” elitada qalıb. “Hamburq” isə yenə ikinci bundesliqada mübarizə aparmalı olacaq.