“Qarabağ”ın sabiq futbolçusu Asmir Beqoviç “Everton”dan ayrılıb.
Sportarena.az xəbər verir ki, bosniya və herseqovinalı qapıçı İngiltərə klubu ilə vidalaşıb.
35 yaşlı qolkiper “Qudison Park”da gözəl xatirələrinin olduğunu və Premyer Liqa klubundakı günlərini unutmayacağını bildirib: “Bu klubun bir parçası olmaq çox xoş idi. Bütün oyunçulara, məşqçilərə və ən əsası, azarkeşlərə uğurlar arzulayıram”.
Beqoviç geridə qalan mövsüm cəmi 3 matçda “Everton”un qapısını qoruyub. Bunun biri Premyer Liqa, digər ikisi ölkə kubokuna təsadüf edib. Beqoviç ümumilikdə iki il ərzində liverpulluların 10 görüşündə çıxış edib.
Qeyd edək ki, Asmir 2019-20 mövsümünün ilk yarısını “Qarabağ”da keçirib.