“Milan”da ara qarışdı

12:40 6 İyun 2023

“Milan”da gözlənilməz istefalar reallaşıb. Yeni mövsümün heyətinin planlanması ilə bağlı müzakirələr qalmaqala səbəb olub.

 

Sportarena.az xəbər verir ki, klubun idarə heyətinin sədri Cerri Kardinale ilə şiddətli mübahisə edən idman direktoru Paolo Maldini postundan qovulub. Ardınca onun müavini Riki Massara da postundan ayrılıb.

 

Maldini bu səbəbdən “Çelsi”dən transfer edilməsi planlaşdırılan Ruben Loftus-Çiklə danışıqlar dayandırıb. Bugünə təyin olunan görüş ləğv edilib. Hadisələrin necə cərəyan edəcəyi maraqla gözlənilir.


Digər xəbərlər

Xəbər xətti