“Tottenhem” yeni baş məşqçisini açıqlayıb

13:50 6 İyun 2023

İngiltərənin “Tottenhem” klubu yeni baş məşqçisini açıqlayıb.

 

Sportarena.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu posta Angelos Postekoqlu təyin olunub.

 

58 yaşlı rumıniyalı mütəxəssis londonlularla 4 illik müqavilə imzalayıb. Şotlandiya klubu “Seltik”dən ayrılan Postekoqlu yeni komandasında Rayan Meysonu əvəzləyib.

 

Qeyd edək ki, “Tottenhem” 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasında 8-ci yeri tutub.


Digər xəbərlər

Xəbər xətti