“Liverpul” yeni mövsümə hazırlıq çərçivəsində Almaniyanın ikinci Bundesliqasının komandaları ilə iki yoxlama oyunu keçirəcəyini açıqlayıb.
Sportarena.az xəbər verir ki, “qırmızılar” iyulun 19-da “Karlsrue” ilə, 24-də “Qroyter Furt”la oynayacaq.
Bu iki matçdan sonra “Liverpul” Sinqapura yollanacaq, burada “Lester” və “Bayern”lə yoldaşlıq oyunları keçirəcək.