UEFA Joze Mourinyoya haqq qazandırmağa hazırlaşır. “Roma”nın baş məşqçisi haqlı imiş.
Sportarena.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Avropa Liqasının finalında hakimlərə etiraz etmiş, onların doğru qərarlar vermədiyini söyləmişdi. Onun davranışları və açıqlamaları səbəbindən cəzalanacağı gözlənilirdi. UEFA məşqçi haqda intizam işi açmışdı.
Lakin indi bəlli olur ki, Mourinyonun etirazları səbəbsiz deyilmiş. Finalı edarə edən Entoni Teylorun yanlış qərarlar verdiyi üzə çıxıb. İtaliya mətbuatının yazdığına görə, qitə futbol qurumu narazılıqların əbəs olmadığını anlayıb. Teylora olduqca aşağı qiymət yazılıb və onun əhəmiyyətlimatçlara bir daha təyinat almayacağı qətiləşib. Rəqib futbolçunu meydandan qovmayan, “Roma”nın lehinə penalti təyin etməyən ingilis referi nəticəyə təsir edib.
Xatırladaq ki, final matçı 1:1 hesabı ilə bitmiş, penalti seriyasında qalib gələn “Sevilya” Avropa Liqasının qalibi olmuşdu.