"Neftçi"nin yarımmüdafiəçisi Ataa Caber vətəndaşlığını dəyişib.
Sportarena.az “footballplaestine.com”a istinadən xəbər verir ki, İsrailin U-21 keçmiş kapitanı iyunda İndoneziya və Çinlə keçiriləcək yoldaşlıq oyunları üçün Fələstin millisinin baş məşqçisinin 23 futbolçusunun siyahısına daxil edilib.
2022-ci ildə "Aşdod"dan "Neftçi"yə keçən yarımmüdafiəçinin Bakı klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-da başa çatacaq.