Ərəblər istəyir, Kante “Çelsi”ni gözləyir

16:27 6 İyun 2023

Nqolo Kante tezliklə özünə yeni klub seçməlidir. “Çelsi” ilə başa çatan müqavilənin yenilənməsində problem yarandığı üçün Fransa millisinin üzvü digər variantlara nəzər yetirir.

 

Sportarena.az xəbər verir ki, dayaq yarımmüdafiəçisi bir ara klubu tərk etmək istəmiş, londonlular onu razı salmağı bacarmışdı. İndi isə Kante gözləyir, “zadəganlar” qərar verməkdə yubanır. Buna səbəb yeni baş məşqçi Mauritsio Poçettinonun düşünmək üçün vaxt istəməsidir.

 

Fransalı Səudiyyə Ərəbistanından iki ciddi dəvət alıb. Həm “Əl İttihad”, həm də “Əl Nəsr” yarımmüdafiəçiyə çox sərfəli müqavilə təklif edib. Amma o, hələ ki, Avropada oynamaq istədiyindən gözləmə mövqeyindədir.


Digər xəbərlər

Xəbər xətti