İspaniyanın “Sevilya” komandasının baş məşqçisi Xose Luis Mendilibarla müqavilənin müddəti uzadılıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
62 yaşlı mütəxəssislə 1 illik yeni sözləşmə imzalanıb.
Əndəlüs təmsilçisi bu mövsüm təcrübəli çalışdırıcının rəhbərliyi altında Avropa Liqasının qalibi olub.
Xatırladaq ki, Xose Luis Mendilibar bu ilin martından “Sevilya”ya başçılıq edir.