Daha bir məşhur futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, ərəblər "Tottenhem"in yarımmüdafiəçisi Son Hin Mini transfer etmək istəyir. Bu barədə "CBS Sports" nəşri məlumat yayıb.
Cənubi koreyalı futbolçunun 2024-cü ilin yayında Asiyaya üz tutacağı gözlənilir. Artıq bu istiqamətdə danışıqların başladığı bildirilir.
Qeyd edək ki, Son Hin Min "Tottenhem"ə 2015-ci ilin yayında Leverkuzen "Bayer"indən transfer olunub. 30 yaşlı vinger cari mövsümdə London təmsilçisinin heyətində meydana çıxdığı 47 rəsmi matçda 14 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.