Türkiyənin "Fənərbaxça" klubu yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.
Sportarena.az xəbər verir ki, "sarı-lacivərtlilər"in əsas hədəfi icarə əsasında "Ümraniyespor"da çıxış edən Umut Nayırdır. Bu barədə "TRT Spor" məlumat yayıb. "Fənərbaxça" 29 yaşlı türk forvardın müqavilə ilə məxsus olduğu "Eyüpspor"la danışıqlara başlayacaq.
Qeyd edək ki, Umut Nayır cari mövsümdə "Ümraniyespor"un heyətində meydana çıxdığı 32 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.