Maldininin qovulmasının səbəbləri

19:26 6 İyun 2023

Paolo Maldininin “Milan”dan ayrılması yalnız dünənki mübahisəyə görə deyil. Sən demə, “rossonyerlər”in idman direktoru klub rəhbərliyi ilə daha öncə də mübahisə edibmiş, sadəcə, davamında bütün münasibətlər pozulub.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının yarımfinalında baş tutan Milan derbisində “İnter”ə məğlubiyyətdən sonra onun verdiyi açıqlamar klub rəhbərliyinin xoşuna gəlməyib. Cerri Kardinale və Georgi Furlani kimi idarəçilər Maldininin ictimaiyyətə açıqlamasını bəyənməyib.

 

Klubun büdcəsi ilə bağlı açıqlamaları, komandanın yetərincə güclü olmadığı, yaxşı təqvim üzündən yarımfinaldək gəldiyi barədə dediklərini Maldiniyə bağışlamayıblar. Klub rəhbərliyi gördüyü işlərə görə Paoloya minnətdardır, lakin klubun imicinn daha vacib olduğunu, bu açıqlamaların “Milan”a yaraşmadığını düşünürlər.


Xəbər xətti