Kante də “Əl İttihad”da

12:40 7 İyun 2023

“Çelsi”nin yarımmüdafiəçisi NQolo Kante karyerasını “Əl İttihad”da davam etdirəcək. Onun Səudiyyə Ərəbistanı klubunda Fransa millisindən tanıdığı həmyerlisi Kərim Benzemaya komanda yoldaşı olacağı gözlənilir.

 

Sportarena.az xəbər verir ki, dünən tərəflər arasında Londonda yekun razılıq əldə olunub. “Zadəganlar” dayaq yarımmüdafiəçisi ilə bitən müqaviləni yeniləməyə ciddi həvəs göstərmədiyindən Kante Asiyaya köçmək qərarı verib.

 

Futbolçu son anadək onu transfer etmək istəyən “Barselona dan da cavab gözləyib. Çünki 32 yaşlı oyunçu daha iki il Avropda qalmaq niyyətində idi. Lakin İspaniya təmsilçisinin bitməyən maliyyə problemləri bir yana, hazırda bütün diqqətini Lionel Messinin transferinə yönəltməsi Kantenin yekun qərarı verməs ilə nəticələnib.

 

Xarici mətbuatın yazdığına görə, Kante iki illik müqavilə bağlayacaq və hər mövsüm üçün 100 milyon avro qazanacaq. Onun zədə səbəbindən son mövsümdə “Şelsi”də cəmi 9 oyun keçirdiyini də xatırladaq.


Digər xəbərlər

Xəbər xətti