“Qəbələ” futbolçusu Ramon Maçado ilə yolları ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
2022-ci ilin yayından “qırmızı-qara” forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb.
Braziliyalı legioner ötən mövsümdə “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. Cənubi amerikalı futbolçu “qırmızı-qara” forma ilə Azərbaycan kubokunun qalibi adını qazanıb.
“Qəbələ” İdman Klubu Ramon Maçadoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
Qeyd edək ki, daha əvvəl "Qəbələ" Məqsəd İsayevlə də yolları ayırdığını açıqlayıb.