“Real”ın yarımmüdafiəçisi Luka Modriç klubla müqaviləsinin müddətini uzadıb.
Sportarena.az HINA-ya (Xorvatiyanın xəbər agentliyi) istinadən xəbər verir ki, 37 yaşlı futbolçu ilə imzalanan yeni sözləşmə 2024-cü ilin 1 iyulunadək nəzərdə tutulub.
Öncədən Səudiyyə Ərəbistanı təmsilçilərindən biri xorvatiyalıya 3 illik müqavilə təklif etmişdi. Lakin o, karyerasını “kral klubu”nda davam etdirmək istədiyini bildirmişdi.
Modriç 2022/23 mövsümündə La Liqa klubunun heyətində bütün turnirlər daxil olmaqla 51 oyuna çıxıb, altı qol vurub və eyni sayda məhsuldar ötürmə edib.