"Sabah" Azərbaycan Premyer Liqasında başa çatan mövsümdə futbolçuların statistikasını açıqlayıb.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, mövsümdə ən çox oyun keçirmiş futbolçular Davit Volkov və Coy-Lens Mikelsdir.
"Sabah"ın 2022/2023 mövsümündəki "ən"ləri:
Ən çox oyun keçirən (oyun sayı olaraq):
Davit Volkov və Coy-Lens Mikels (35 oyun)
Ən çox meydanda olan (dəqiqə olaraq):
Yusif İmanov (2970 dəqiqə)
Ən çox qol vuran:
Coy-Lens Mikels (17 qol)
Ən çox qol vuran (hər oyuna orta hesabla):
Aleksey Kaşuk (0,52)
Ən çox assist edən:
Coy-Lens Mikels (11 assist)