“Yuventus” futbolçusu Aleks Sandro ilə cari müqaviləni ləğv etməyi düşünür. Onun klubla hazırkı sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, Türkiyə klubu “Qalatasaray” onu transfer etməkdə maraqlıdır.
Sandro “qoca sinyora”nın heyətində 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.