Paris-2024: Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum olub

13:45 7 İyun 2023

2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarına yollanacaq Azərbaycan nümayəndə heyətinin rəhbəri məlum olub.

 

Sportarena.az xəbər verir ki, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun müvafiq əmri ilə qurumun beynəlxalq əlaqələr və marketinq şöbəsinin müdiri Rüfət Hacılı bu vəzifəyə təyin edilib.

 

Paris-2024 Yay Paralimpiya Oyunları 28 avqust-8 sentyabrda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti