"Sumqayıt" növbəti transferi həyata keçirib.
Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, son mövsümü "Kəpəz"də keçirmiş qapıçı Orxan Sadıqlı ilə 2 illik anlaşma əldə edib.
Qeyd edək ki, Orxan Sadıqlı 2018/19 mövsümündə “Sumqayıt” FK-nın şərəfini qoruyub (2 oyun). 30 yaşlı qapıçı karyerası ərzində “Xəzər Lənkəran”, “İnter” və “Zirə”nin də uğurları üçün də çalışıb.