"Napoli"nin futbolçusu Xviça Kvaratsxeliyanın agenti Mamuka Djugeli oyunçunun gələcəyi haqda danışıb.
Sportarena.az jurnalist Nikolo Şkiranın "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, o deyib ki, gürcüstanlı yarımmüdafiəçi klubu ilə yeni müqaviləyə köklənib:
"Biz "Napoli" ilə müqavilənin uzadılması ilə bağlı razılığa gəlmək istəyirik. Onun A Seriyasındakı ilk mövsümü çox müsbət keçdi. Amma ümid edirəm ki, növbəti mövsüm daha da yaxşı olacaq",
Xatırladırıq ki, Xviçanın klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin iyununda başa çatır.