Konfrans Liqası: Həftənin oyunçusu adına namizədlər

09:51 8 İyun 2023

UEFA Konfrans Liqasında “Fiorentina” ilə “Vest Hem” arasında keçirilən final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər məlum olub.

 

Sportarena.az xəbər verir ki, bu ada “Fiorentina”dan Sofyan Amrabat, Cakomo Bonaventura, “Vest Hem”dən Lukas Paketa və Carrod Bouen namizəd olub.

 

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçiriləcək sorğu nəticəsində müəyyənləşəcək.

 

Xatırladaq ki, “Vest Hem” finalda “Fiorentina”nı 2:1 hesabı ilə məğlub edərək Konfrans Liqasının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti